iPhone Screenshots

Description

Ağır və yorğun iş günündən sonra hər birimiz kompüterin qarşısına keçib öz sevimli serial və filmimizi izləmək istəyirik. Əvvəllər yanız televiziyalar
bu imkanı verirdisə, indi, yüksək texnologiyalar əsrində, bunu internet vasitəsilə asanlıqla əldə edə bilirik. Bunun üçün dünyada yüzlərlə sayt və portal
mövcuddur. Lakin təəssüflər olsun ki, bu saytlarda təqdim olunan keyfiyyət barədə eyni sözü deyə bilməyəcəyik.

Videokontent izləmək üçün məhz bizim sayt, TVSEANS.COM filmlər haqqında Azərbaycan dilində dolğun məlumatlar əldə edib yüksək keyfiyyətlə
internetdən nümunələr taparaq, istifadəçiyə izləmək şansı verir. Burada hər kəz özü üçün maraqlı ekran işi tapıb, ona ya SD, ya da Full HD keyfiyyəti
ilə baxa bilər. Bu da realistik səhnələrdən zövq almağa yüz faiz zəmanət verir. Seçilmiş filmlərin tam yüklənməsi və yayımı isə fantastik sürətə başa gəlir.

Bizim digər missiyamız isə insanlara kino aləminin müxtəlifliyini çatdırmaqdır.

Saytımızda müxtəlif yaş həddi və zövqə uyğun filmlər haqqında məlumatlar və məqalələr tapmaq mümkündür. Bunun üçün yalnız internetin olması kifayətdir.
Heç bir məbləğ ödəmədən siz TVSEANS.COM-da qeydiyyatdan keçə bilərsiniz.

Biz istifadəçilərə maksimal dərəcədə geniş seçim imkanı veririk. Kataloqumuza ən son Hollivud, Bollivud, Avropa, Rus kinematoqrafçılarının çəkdiyi filmlər,
Türk filmləri, Klassik hitlər, Sovet filmləri, dünyaca məşhur seriallar və cizgi filmləri haqqında məqalə və məlumatlar, foto və treylerlər daxildir.

TVSEANS-ı digər saytlardan fərqləndirən ən əsas xüsusiyyət isə onun filmləri üç dildə - Azərbaycan, Rus və Orijinal dildə internet vasitəsi ilə tapmaq imkanıdır.
Dil dəyişmək üçün sizin menyuya daxil olmağınıza ehtiyac yoxdur. Bunun üçün filmi izləyə-izləyə yalnız bir klik etməyiniz kifayədir. Bu inqilabi yeniliyi isə sizə
yalnız TVSEANS.COM saytı təqdim edir.

Saytımızın sizə təqdim etdiyi digər yenilik isə filmlərin dublyajında istifadə olunan dil üslubudur. Belə ki, TVSEANS.COM bu vaxta qədər mövcud olan bütün
stereotipləri dağıdaraq filmləri xalqa yaxın dildə tapır və məişət üslubunda URL-ləri təqdim edir. Bu da filmlərin daha yaxşı qavranılmasına və mənimsənilməsinə
kömək edir.

TVSEANS.COM saytı Kompüter, Planşet və müxtəlif mobil cihazlar vasitəsilə dəstəklənir. Yəni istənilən film və ya televiziya şousu haqqında məlumatları bütün
qurğularda qüsursuz izləmək mümkündür.

What’s New

Version 1.1

-- minor bug fixes

Information

Seller
tv seans
Size
18.8 MB
Category
Entertainment
Compatibility
Requires iOS 10.0 or later. Compatible with iPhone, iPad, and iPod touch.
Languages
English, Azerbaijani, Russian
Age Rating
Rated 4+
Copyright
© 2018 tvseans.com
Price
Free

Supports

  • Family Sharing

    With Family Sharing set up, up to six family members can use this app.

You May Also Like